Şəhidimiz izdihamla dəfn olundu - Fotolar

Şəhidimiz izdihamla dəfn olundu - Fotolar
  06 Aprel 2016    Oxunub:3706
Aprelin 4-də Goranboy istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olmuş Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kənd sakini, 40 yaşlı mayor Rasim Əbdül oğlu Məmmədovun cənazəsi bu gün doğulduğu kənddə dəfn edilib.
Şəhidlə vida mərasimində kənd sakinləri, hərbçilər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Bundan başqa, muxtar respublikanın müxtəlif rayonlarından və kəndlərindən də yüzlərlə insan mərasimdə iştirak edib.

Şəhidin ruhuna dualar oxunub.

Azərbaycanın Dövlət himni və yaylım atəşinin müşayiəti ilə şəhid mayor Rasim Məmmədov dəfn edilib.

Qeyd edək ki, şəhidimizin cənazəsi aprelin 4-də gecə Bakı şəhərindən Naxçıvan Beynəlxalq Hava Limanına gətirilib və burada qəhrəman mayorun nəşini yüzlərlə naxçıvanlı qarşılayıb. (Azərtac)








Teqlər:





Xəbər lenti