`28 Mall`-a `bomba` qoyan şəxs tutuldu

`28 Mall`-a `bomba` qoyan şəxs tutuldu
  06 Aprel 2016    Oxunub:2770
Bakıda ticarət mərkəzinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti