Vergilər Departamentində `Açıq qapı günü` - Fotolar

Vergilər Departamentində `Açıq qapı günü` - Fotolar
  06 Aprel 2016    Oxunub:5706
Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib.
AzVision.az xəbər verir ki, tədbir BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb.

BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot İdarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verib.

Onun szölərinə görə, xidmət mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyiciləri və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir:

`Burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında da kömək göstərilir. Müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub.

Mərkəzin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır`.

Sonra akt zalında KİV nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim edib və açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq “Açıq qapı günləri”nin təşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd edib.

Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran vergilər nazirinin müavini vergi ödəyiciləri tərəfindəndə vergi uçotunun aparılmasında şəffaflığın təmin olunmasının vacib olduğunu vurğulayıb. Bu məqsədə çatmaq üçün son bir ay ərzində Bakıda və regionlarda istehsal və ticarət sektorunda çalışan sahibkarlarla çoxsaylı görüşlər keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, vergi ödəyicilərinə dövriyyələrini düzgün göstərmək, sənədləşmə işlərini şəffaf aparmaq, bu sahədə pozuntulara yol verməmək tövsiyə olunub.

Şəhanə Rəhimli
Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti