PR akademiya ödənişsiz təlimlərinə başlayır

PR akademiya ödənişsiz təlimlərinə başlayır
  07 Aprel 2016    Oxunub:2073
Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının, "M Group" Şirkətlər qrupunun rəsmi dəstəyi ilə PR Akademiya PR şirkəti tərəfindən ödənişsiz PR menecment təlimlərinin təşkili məqsədilə həyata keçirilən PR akademiya layihəsi 2016-cı il təlimlərinə start verir.

Təşkilati dəstəkçilərinin sayı durmadan artan PR akademiya layihəsi, təlimçi komadasını gücləndirmək məqsədi ilə bir çox xarici mütəxəssisləri də layihəyə dəvət edib. Layihənin rəhbəri "Nuranə Ağazadə"dən aldığımız məlumata görə 2013-cü ildən fəaliyyət göstərən PR akademiya təlimlərinə qısa müddətlik fasilə verdikdən sonra daha güclü və böyük kütləni əhatə edəcək vəziyyətdə davam edəcək.

Sön günlər cəbhədə baş verənlər səbəbi ilə ilk təlimini 10 aprel saat 14:00 tarixində Azərbaycan Tələbə və Gənclər Təşkilatları İittifaqının ofisində "İnformasiya müharibəsində düzgün PR" mövzusunda təşkil edəcək PR akademiya rəhbərliyi layihə üçün xüsusi ekspertlər dəvət edib. Təlimin təlimçiləri İnformasiya müharibəsinin düzgün aparılması ilə bağlı mövzu üçün Türkiyədən dəvət olunmuş PR eskpert Oğuz Kaan Tetik, sosial şəbəkələr üzrə aktivlik mövzusu üçün ANS TV - də yayımlanan "Şəbəkə" verlişinin aparıcısı Rahil Kərimov, Azərbaycam milli yeməklərinin ermənilər tərəfindən oğurlanması ilə mübarizə mövzusu üçün isə məşur aşbaz, "Orrient House" restoranının sahibi Teymur Şıxəliyev olacaqlar.

Təlimdə iştirak etmək üçün [email protected] emailinə öz ad, soy ad və əlaqə telefonunuzu yazıb göndərərək qeydiyyatdan keçə bilərsiniz. İştirak ödənişsizdir. Təlimdə iştirak edənlərə sertifikat veriəcək.


Teqlər:  





Xəbər lenti