Masallıda güclü yanğın olub – VİDEO

Masallıda güclü yanğın olub – VİDEO
  07 Aprel 2016    Oxunub:1884
Masallı rayonu, Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Ümumi sahəsi 1600 kv/m olan anbarın 1450 kv/m sahəsi yanaraq yararsız hala düşüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.




Teqlər:  





Xəbər lenti