Bacısını qətlə yetirdi, yeznəsini isə yaraladı
İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə, qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığı bildiriblər. Hadisə törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları “isti izlər”lə müəyyən edərək yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb. (Apa)
Teqlər: