Bacısını öldürən qardaş təslim oldu

Bacısını öldürən qardaş təslim oldu
  08 Aprel 2016    Oxunub:2114
Maştağada dəhşətli qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, aprelin 7-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmirəli Cavadov evində münaqişə zəminində bacısı İzzət Cavadovaya və onun əri Vüsal Cavadova bıçaqla xəsarət yetirib. Nəticədə İ.Cavadova hadisə yerində ölüb, V.Cavadov isə xəstəxanaya yerləşdirilib.

S.Cavadov könüllü olaraq Sabunçu polisə gələrək təslim olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti