“BakuBus”un avtobusu qəzaya düşdü

“BakuBus”un avtobusu qəzaya düşdü
  08 Aprel 2016    Oxunub:1926
Bu gün paytaxtın Nəsimi rayonu ərazisində, Süleyman Rüstəm və Füzuli küçələrinin kəsişməsində “BakuBus” MMC-yə məxsus avtobus qəzaya düşüb.
AzVision.az-ın məlumatına görə, MMC-yə məxsus avtobus Süleyman Rüstəm küçəsindən Füzuli küçəsinə dönərkən “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza baş verən zaman avtobusda sərnişinlər olsa da, onlar arasında xəsarət alan olmayıb.

Hadisə yerinə yol polis əməkdaşları gəlib və araşdırma aparılır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti