88 yaşlı qadın evində ölü tapıldı

88 yaşlı qadın evində ölü tapıldı
  09 Aprel 2016    Oxunub:1439
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1928-ci il təvəllüdlü Amirova Yelena Fyodorovnanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti