Bakıda ana və oğlu bıçaqlandı

Bakıda ana və oğlu bıçaqlandı
  11 Aprel 2016    Oxunub:2004
Bakıda bir ailənin iki üzvü bıçaqlanıb.
AzVision.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 9-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş İsmixan Novruzov münaqişə zəminində həmyerlisi Zinyət Nəcəfovaya və oğlanları Nəcəfə bıçaqla xəsarət yetirib, Nicatı döyüb. Qadın xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Novruzov tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti