Ağstafada ağır yol qəzası: 1 ölü, 6 yaralı

Mənbəyə əsasən, “Opel”in sürücüsü, 37 yaşlı Göygöl rayon sakini Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
“Ford”da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə, həmçinin digər sərnişinlər - Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (APA)
Teqlər: