Ruslarla ərəblər arasında gizli neft anlaşması
İddia edilir ki, 17 aprel tarixində Qətərin paytaxtı Dohada keçiriləcək neft zirvəsindən əvvəl Rusiya və Səudiyyə Ərəbistanı nümayəndələri bir araya gələrək bu barədə qərar qəbul ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi.
AzVision.az