Nazirliyin 400 işçisi qan verib

Nazirliyin 400 işçisi qan verib
  13 Aprel 2016    Oxunub:2620
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) könüllü qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aksiyada ETSN-in 400-ə yaxın əməkdaşı iştirak edib.

B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti