Gəncə sakini bıçaqlanaraq öldürülüb

Gəncə sakini bıçaqlanaraq öldürülüb
  14 Aprel 2016    Oxunub:2238
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AzVision.az `Region TV`-ə istinadən xəbər verir ki, Gəncədə gənc bıçaqlanaraq qətlə yetirilib.

Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, axşam saatlarında 20-25 yaşlarında gənc tibb müəssisəsinin cərrahiyyə şöbəsinə gətirilib.

Həkimlərin müayinəsi zamanı üzərində bıçaq yarası olan şəxsin dünyasını dəyişdiyi müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti