`İnsanları çox vaxt tanımaq olmur` - Hicran Hüseynova

Komitə sədrinin sözlərinə görə, boşanma ilə bağlı araşdırma aparılan zamanı məlum olur ki, dağılan ailələrin çoxunda ciddi problem yaşanmayıb:
“Boşanmanın zərbəsi əsasən uşaqlara dəyir. Uşaqlar çox psixoloji təsir altında qalırlar. Sonra təəccüblənirik ki, uşaqlar pis vərdişlərə qurşanırlar. Valideynlərə sual verməliyik ki, gün ərzində yarım saat uşaqları ilə məşğul olurlarmı?. Bəzilərinin xəbəri yoxdur ki, uşaqları nə işlə məşğuldur.
Komitəyə müraciətlər olur ki, imkanım var, eyni zamanda uşaq evlərindən bir neçə uşaq götürüb saxlamaq istəyirəm. Biz bu insanlara ciddi yanaşmalıyıq. Onların psixi, sosial və digər durumları nəzərə alınmalıdır. İnsanları çox zaman tanımaq olmur. Amma müraciət edəndə görürsən ki, anormal şəxsdir. Belə insanlara nəinki özgə uşağını, heç öz uşağının da tərbiyəsini etibar etmək olmaz. Bu sahədə qanunvericilikdə olan boşluqları aradan qaldırmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə üzləşməyək”.
Anar Kəlbiyev
AzVision.az