Neftçalada evdə yanğın: xəsarət alan var

Neftçalada evdə yanğın: xəsarət alan var
  15 Aprel 2016    Oxunub:1437
Neftçalada evdə yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti