Şəmkirdə 31 yaşlı qadın bıçaqlanıb

Şəmkirdə 31 yaşlı qadın bıçaqlanıb
  15 Aprel 2016    Oxunub:1705
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün saat 17 radələrində Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yaralı qadın gətirilib. Üzünün və boynunun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulan 31 yaşlı Mətanət İbrahimova əməliyyat olunub. İki bıçaq yarası alan qadının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Polis onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığını araşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti