Məktubda heç vaxt canlı olaraq görüşməyən, sosial şəbəkədən bir-birlərini tanıyan iki gəncin nakam taleyi əks olunub: “Müşü, bax gəlmişəm. Deyirdin, səni görmək istəyirəm. Gəldim. Yadındamı, söz vermişdin ki, nə vaxt görüşsək, saqqız alacaqsan mənə. Sənə almaq qismət olmadı, bax, mən aldım sənə. Darıxıram səninçün. Səsin, gülüşün getmir qulaqlarımdan. Səni heç vaxt unutmayacam! Həmişə gecə yuxusuzluqdan şikayət edərdin. İndi rahat yat, Müşüm. Sənsizlik ağır idi, amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik, indi daha ağırdı... Məkanın cənnət olsun, Müşü. Qəlbimdə əbədi yaşayacaqsan. Tanımadığın tanışın...”

AzVision.az