Bakıda sürücülər arasında əlbəyaxa dava

Bakıda sürücülər arasında əlbəyaxa dava
  16 Aprel 2016    Oxunub:1765
Binəqədi rayonunda sürücülər arasında dava düşüb.
AzVision.az milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Davaya səbəb sürücülərin bir-birlərinə yol verməməsi olub. Münaqişə tərəflərindən biri 133 saylı marşrut avtobusunun sürücüsü olub.

"Wolksvagen" markalı avtomobili idarə edən şəxs avtobusun sürücüsünə yolda onun qarşısını kəsdiyini söyləyərək təhqir edib. Təhqirin cavabı isə əlbəyaxa dava ilə nəticələnib.

Tərəfləri yol polisinin əməkdaşları aralayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti