Biləsuvarda bir nəfər su kanalında batıb

Biləsuvarda bir nəfər su kanalında batıb
  16 Aprel 2016    Oxunub:1378
Biləsuvarda bədbəxt hadisə baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Muğan Regional Mərkəzinə Biləsuvar rayonu, Səmədabad kəndi ərazisindən keçən su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti