`Azərbaycan neft hasilatını dondurmağa hazırdır`

`Azərbaycan neft hasilatını dondurmağa hazırdır`
  17 Aprel 2016    Oxunub:1723
Azərbaycan Dohada digər neft istehsal edən ölkələrlə saziş imzalamağa hazırdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə Natiq Əliyev bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti