Sumqayıtda bina yandı - 18 nəfər təxliyyə olunub

Sumqayıtda bina yandı -  18 nəfər təxliyyə olunub
  17 Aprel 2016    Oxunub:2393
Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kvadrat metr sahədə və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kvadrat metr sahədə əriyib.

Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti