Kreditlər bağışlana bilər... - Video

Kreditlər bağışlana bilər... - Video
  18 Aprel 2016    Oxunub:4051
Banka borcu olan vətəndaşların krediti bağışlana bilər.

AzVision.az xezerxeber.com-a istinadən xəbər verir ki, bu, Azərbaycanda müflisləşmə haqqında qanun layihəsinin tətbiqi ilə mümkündür. Artıq layihənin hazırlanması ilə bağlı müzakirələrə başlanılıb.

Kreditini ödəyə bilməyən fiziki şəxslərin kredit borcu müflisləşdiyini elan etdikdən sonra bağışlana bilər. Amma bunun üçün əvvəlcə ölkədə müflisləşmənin meyar və şərtlərini tənzimləyən qanun qəbul olunmalıdır. İqtisadçılar deyirlər ki, ölkə qanunlarında məhz fiziki şəxsin müflisləşdiyini elan etməsi və belə bir status nəzərdə tutulmayıb, amma buna ehtiyac var. Və belə bir qanunun qəbul edilməsi real görünür.

Belə qanunun olması imkan verər ki, vətəndaş müflisləşdiyini elan etsin və banka olan borcu silinsin.

Ancaq müflisləşmənin şərtləri də kifayət qədər ağırdır. Və bu, insanı bir çox hüquqlarından məhrum edə bilər. Belə ki, krediti bağışlanmış belə vətəndaşlar dövlət və özəl sektorda rəhbər şəxs kimi işləyə bilməz. Və həmin şəxslərə kredit verilməsi birdəfəlik qadağan edilir.

Yəni insanların bu qanunun qəbulundan sui- istifadəsi üçün yer qoyulmur.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu təcrübənin tətbiqi problemli kreditlərin bir qismin bağışlanmasına gətirib çıxarar. Qanun layihəsi eyni zamanda, bankların məsuliyyətini də artıracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti