Bəzi məhsullar ƏDV-dən azad edilə bilər - Siyahı

Bəzi məhsullar ƏDV-dən azad edilə bilər - Siyahı
  18 Aprel 2016    Oxunub:3016
Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
AzVision.az xəbər verir ki, dəyişikliyə əsasən bir sıra məhsulların idxal və satışının əlavə dəyər vergisindən(ƏDV) azad edilməsi nəzərdə tutulur.

Belə ki, dəyişikliyə əsasən damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilkatikası ,diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad olunması təklif edilir.

İkinci dəyişiklik isə kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır və hər 100 kv. metr üçün 10 manat müəyyən edilir.

Qeyd edək ki, təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti