Qaradağ Sənaye Parkında işləyən şirkətlərə güzəştlər ediləcək

Qaradağ Sənaye Parkında işləyən şirkətlərə güzəştlər ediləcək
  18 Aprel 2016    Oxunub:3192
"Gömrük tarifi haqqında"qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi parlamentin iqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
AzVision.az xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilirlər.

Bildirək ki, “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Prezidentinin 3 iyun 2015-ci il tarixli, 1255 nömrəli sərəncamının 4.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Qeyd edək ki, "Sosial sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsində, "Gömrük tarifi haqqında" qanun layihəsində və Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsində də eyni maddə üzrə dəyişiklik edillir.

Dəyişikliklər müzakirələrdən sonra plenar iclasa tövsiyyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti