Kərəm Həsənov hesabat verdi

Kərəm Həsənov hesabat verdi
  18 Aprel 2016    Oxunub:2172
Əmlak Məsələləri Dövlət Komitəsi cari ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirib.
Komitədən AzVision.az-a daxil olan məlumata görə, müşavirəni komitə sədri Kərəm Həsənov artıq Komitə tərəfindən “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin III Dövlət Proqramı”nın layihəsinin hazırlandığını bildirib. İclasda qeyd olunub ki, martın 7-də “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmanın məqsədi torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir.
Hazırda Komitə Gəncə və Şəki şəhərlərində “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini davam etdirir. Artıq Gəncədə bu layihə yekunlaşıb, bu ilin yarısında isə Şəkidə layihənin yekunlaşması nəzərdə tutulur. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etdirilir.

Müşavirədə o da qeyd olunub ki, bu ildən respublikada mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunması məqsədilə əhaliyə geniş hüquqi məsləhət xidmətlərinə start verilib. Ötən dövrdə 37 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 11 mini ilkin, 26 mini isə təkrar qeydiyyata aid olub. Bundan başqa, hesabat dövründə 10 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb.


Teqlər:





Xəbər lenti