Bu gün yağış yağacaq

Bu gün yağış yağacaq
  19 Aprel 2016    Oxunub:2124
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti