Neftimizin qiyməti 44 dolları ötdü

Neftimizin qiyməti 44 dolları ötdü
  20 Aprel 2016    Oxunub:1759
Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0.84% azalaraq 43.19 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.49% ucuzlaşaraq 40.07 dollar təşkil edib.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,01 dollar yaxud 2,33% bahalaşıb.

Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 44,43 dollara bərabərdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti