Bakıda növbəti avtobus qəzası: yaralılar var

Bakıda növbəti avtobus qəzası: yaralılar var
  20 Aprel 2016    Oxunub:2553
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda "Daewoo" markalı, 10 TC 713 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "Daewoo Damac" markalı minik avtomobili toqquşub. Nəticədə 56 yaşlı kişi və 38 yaşlı qadın, eləcə də 3 və 1 yaşlı iki oğlan uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti