Dövlət Neft Fondunun aktivləri 2% artıb
Hesabat dövrü ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. Beş milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.
Bu il aprelin 1-ə fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 2 faiz artaraq 34 246,0 milyon ABŞ dollarına bərabər olub.
AzVision.az