Marketdən oğurluq anbaan kameralarda - ( FOTO+VİDEO)

Marketdən oğurluq anbaan kameralarda - ( FOTO+VİDEO)
  20 Aprel 2016    Oxunub:2881
Göyçay rayonunda oğurluq etmək istəyən şəxs Mühafizə Polisinin çevikliyi nəticəsində iş başında yaxalanıb.

Hadisə rayonun M.Ə Rəsulzadə küçəsindəki marketlərin birində qeydə alınıb. Əvvəllər həmin marketdə fəhlə işləyən rayon sakini Pənah Əlibala oğlu Rzayev gecə saatlarında içəriyə daxil olaraq oradan soyğunçuluq etmək istəyib. Bu zaman DİN-nin Baş Mühafizə İdarəsinin mərkəzləşdirilmiş siqnalizasiya sistemi işə düşüb. Dərhal BMİ-nin Göyçay regional mühafizə şöbəsinin əməkdaşları operativ qrupla hadisə yerinə çatıblar. Soyğunçuluq etməyən istəyən şəxs zərərsizləşdirilib. (Region TV)




Teqlər:





Xəbər lenti