Sabah yağış yağacaq, şimşək çaxacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "AzVision.az-a verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımadada güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 15 dərəcəyədək isti olacaq.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
AzVision.az
Teqlər: