76 yaşlı qadın evində qətlə yetirildi

76 yaşlı qadın evində qətlə yetirildi
  22 Aprel 2016    Oxunub:1479
Bakıda 76 yaşlı qadın evində qətlə yetirilib.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Aprelin 21-də axşam saat 19 radələrində 1940-cı il təvəllüdlü Sultanova Melli Həmzə qızının Hövsan qəsəbəsindəki mənzilində meyiti tapılıb. Meyitin üzərinə baxış keçirilərkən meyitdə çoxsaylı xəsarət izləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda qadını öldürən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti