Gəncədə "Prado" ilə "Kamaz" toqquşub, yaralı var

Gəncədə "Prado" ilə "Kamaz" toqquşub, yaralı var
  23 Aprel 2016    Oxunub:1580
Gəncədə qəza baş verib, bir nəfər yaralanılb.
AzVision.az-ın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata əsasən, hadisə şəhərin Şah İsmayıl Xətai Prospektində baş verib.

Gəncə şəhər sakini 33 yaşlı Anar Əhmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobili işıqforda dayanan "Kamaz" markalı avtomobilə çırpılıb, nəticədə Əhmədov yaralanıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yradım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlər Anar Əhmədova qarın boşluğu orqanlarının travması diaqnozu qoyub və ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşıdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti