Polis əməkdaşı qəzada öldü - 12 yaralı (Yenilənib)
Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu.
Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.
***
İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 12 sərnişindən 5-i xəstəxanaya yerləşdirilib.
Müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
1) Paşayeva Sveta İlham qızı (1961-ci il)
2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)
3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)
4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)
5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)
Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.
***
İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ikinci sürücünün şəxsiyyəti məlum olub.
Məlumata görə, bu, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu 1972-ci il təvəllüdlü Musayev Rabil Hizbullah oğludur.
Qeyd edək ki, qəza nəticəsində 2 nəfər ölüb, 12 sərnişin xəsarət alıb. (Apa)