Qaxda məktəb işçisi özünü asdı - Yenilənib
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.
***
Qaxın Şotavar kəndində yerli sakin intihar edib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Kənddəki orta məktəbin emalatxanasında texniki işçi vəzifəsində çalışan Məcidov Qüdrət Qədir oğlu özünü məlum olmayan səbəblərdən asıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub, insident araşdırılır.
AzVision.az