Bakıda növbəti avtobus qəzası, yaralılar var

Bakıda növbəti avtobus qəzası, yaralılar var
  27 Aprel 2016    Oxunub:2323
Bakıda marşrut avtobusu qəza törədib.
AzVision.az APA-ys istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Nobel prospektində qeydə alınıb. “Daewoo” markalı marşrut avtobusu “KİA” markalı, 90 SA 088 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində iki nəfər yüngül xəsarət alıb və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti