DİN vəhhabilərə qarşı əməliyyat keçirir: Tutulanlar var

DİN vəhhabilərə qarşı əməliyyat keçirir: Tutulanlar var
  03 May 2016    Oxunub:3566
Daxili İşlər Nazirliyi Zaqatalada xüsusi əməliyyat keçirir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat bir neçə gün əvvəl sahə müvəkkili, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyevin iş otağında baş verən partlayışla bağlıdır.

Artıq bir neçə nəfər saxlanılıb. Saxlanılanlar rayon sakinləri - Vaqif Padarov, İslam Ağalarov, Vüqar və Əbdürrəhman adlı şəxslərdir.

Polis onların yaşadıqları evdə axtarış aparıb, bir neçəsinin evindən silah-sursat götürülüb.

Saxlanılan şəxslərin vəhhabi təriqətinin üzvü olduğu ehtimal olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti