Polisdən növbəti əməliyyat: İki iranlı tutuldu

Polisdən növbəti əməliyyat: İki iranlı tutuldu
  03 May 2016    Oxunub:1774
Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarisi vətəndaşlar saxlanılıb.
AzVision.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, İran polisindən alınan əməliyyat məlumatı əsasında DİN Cəlilabadın Cəfərli kəndində xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində iki İran vətəndaşı - Mərəhməd Fərhəngi və Rəhim Fərəci saxlanılıblar. Onların üzərindən 1 AKS markalı avtomat silahı (30 güllə ilə birlikdə), bir qoşa lülə ov tüfəngi, gecə görmə cihazı, məftil kəsən alıt və 5 kq heroin aşkarlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti