Ağdamda iki uşaq anası intihar etdi
Aynuru ilk olaraq həyat yoldaşı aşkar edib və onda artıq heç bir həyat əlamətinin olmadığını görüb. İki uşaq anası olan mərhumun psixi və fiziki sağlamlığı ilə problemi olmayıb.
Qonşuların dediyinə görə Aynurun heç nədən şikayəti olmayıb. Faktla bağlı araşdırma aparılır, intiharın səbəbləri dəqiqləşdirilir.
Oxşar hadisə ötən ay Qusarın Düztahir kəndində qeydə alınıb. Həyat yoldaşından ayrılan və atası evinə qayıdan iki uşaq anası 30 yaşlı Sədayə Əkbər qızı Mehdiyeva intihar edib. O ipi boynuna dolayıb və yaşadığı evin ikinci mərtəbəsindən atıb.
Sədayə Mehdiyevanın qeydiyyatda olan ruhi xəstə olduğu bildirilib.
AzVision.az
Teqlər: