84 yaşlı kişinin qatilləri tutuldu

84 yaşlı kişinin qatilləri tutuldu
  07 May 2016    Oxunub:1611
Bakıda 84 yaşlı kişini qətlə yetirən şəxslət tutulub.
AzVision.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.
Məlumata görə, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törədən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulmuşlar.

AzVision.az


Teqlər:





Xəbər lenti