Gəncədə yol qəzası olub, yaralı var

Gəncədə yol qəzası olub, yaralı var
  08 May 2016    Oxunub:1317
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə saat 22:00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"VAZ 2107"-markalı avtomobillə "VAZ 21 099" markalı minik maşını toqquşub. Nəticədə 38 yaşlı Əli Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım (TTYX) nın trvamatalogiya şöbəsinə yerləşdirilib.

Onun ayaq nahiyyəsində qırıqların olduğu deyilir. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. İlkin ehtimal kimi qəzaya səbəb avtomobillərin bir birinin yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti