Bərdədə maşın yanıb, xəsarət alan var

Bərdədə maşın yanıb, xəsarət alan var
  08 May 2016    Oxunub:1595
Bərdə rayonu, Piyadalar kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı sürücü yanıq xəsarəti alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti