Şəhid gizirin medalı ailəsinə təqdim olundu - FOTO
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub. Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Qazax bölgəsindəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Azərbaycan Ordusunun giziri, 1991-ci il təvəllüdlü R. Ağayev 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə döyüş postunda olarkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. (Apa)
Teqlər: