Gəncə sakini keçmiş arvadını öldürdü

Gəncə sakini keçmiş arvadını öldürdü
  09 May 2016    Oxunub:1652
Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, mayın 8-i, axşam saat 21 radələrində Gəncə şəhər sakini, 23 yaşlı Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin coxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. 2 azyaşlı oğlu olan Həsənovanın 31 saylı orta məktəbin yaxınlığında keçmiş həyat yoldaşı Gəncə şəhər sakini, 28 yaşlı Rövşən Ələsgərov tərəfindən bıçaqlandığı bildirilir. Şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti