Bakıda dəhşət: arvadını öldürdü, sonra özünü asdı

Ağayeva Gülnurə yataq otağında boğazı kəsilərək qətlə yetirilib. Qurbanov Şahinin meyiti isə hamam otağında aşkarlanıb. Meyitləri tapılan şəxslər ər-arvad olub.
Onlarla bağlı məlumatı FHN-ə qadının bacısı verib. Mənzilin qapısını sındıraraq içəri daxil olan xilasedicilər qadının meyitini yataq otağında, kişini isə asılmış vəziyyətdə hamam otağında aşkar ediblər.
Faktla bağlı Nəsimi prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır. (APA)
Teqlər: