Qaxda 57 yaşlı kişini ilan sancıb
Məlum olub ki, Qıpçaq kənd inzibati ərazisində qoyun otararkən ilan onun sol ayağın baldırından sancıb.
Xəstəxananın reanimasiya şöbəsində Qurban Qasımova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün həkim nəzarəti altında Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə göndərilib. Həkimlərin səyinə baxmayaraq ilan sancmış Qəhrəman Qasımov xəstəxanada dünyasını dəyişib.(Kanal S)
AzVision.az