Azərbaycanda 222 nəfər qidadan zəhərlənib
Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 22 botulizm hadisəsi nəticəsində 27 nəfər botulizmlə xəstələnib. Ötən ay ölkə üzrə qeydə alınan 3 botulizm hadisəsi nəticəsində 3 nəfər botulizmlə xəstələnib.
Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.
Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb.
Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.
AzVision.az
Teqlər: