Azərbaycanda 83 yaşlı kişi özünü bıçaqladı
83 yaşlı kişinin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Zaman Abdullayevin psixoloji problemləri olduğu üçün belə bir addım atdığı ehtimal edilir. Ancaq dəqiq səbəb aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar hadisə bir neçə gün əvvəl Gəncə şəhərində də baş verib. Şəhər sakini 1960-cı il təvəllüdlü Ramiz Həsən oğlu Həsənov qarnının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya çatdırılıb. 55 yaşlı kişinin bıçaqla özünə xəsarət yetirdiyi bildirilirdi. Məlumata görə, kişi bir neçə gün əvvəl işdən azad edilib və buna görə də belə bir addım atıb. (Ans)
AzVision.az