AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb. Onlar Səlihə Muradova və qızı Xanpəri Muradovadır.
Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.
Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.
AzVision.az